EN

Hindistan Rusiya neftini almaqdan imtina etdi - Səbəb » AzadMedia.az



Hindistanın Rusiya neftini almaqdan tez imtina etməsi "son dərəcə etibarsızdır". Bu barədə The Hindu Business Line (HBL) mənbəyə istinadən məlumat verir.

Analitiklər və neft emalı şirkətlərinin nümayəndələri hesab edirlər ki, əgər Hindistan Rusiya neftini almaqdan tamamilə imtina edərsə, dünyanın ən sürətlə böyüyən iqtisadiyyatı üçün nəticələr "dağıdıcı" ola bilər. Hindistan hökumətindən Rusiyadan neft alışını dayandırmaq üçün heç bir göstərişin olmadığı təsdiqlənib.

2 fevralda ABŞ prezidenti Donald Tramp Hindistanın Baş naziri Narendra Modinin Rusiyadan neft almağı dayandırmağa razı olduğunu bildirib. Ağ Ev rəhbəri qeyd edib ki, "ən yaxşı dostlarından biri" və "ölkəsinin nüfuzlu və hörmətli lideri" Narendra Modi ilə danışmaq onun üçün şərəfdir.

Bundan əvvəl Reuters agentliyi məlumatlı mənbələrə istinadən məlumat vermişdi ki, Hindistanın ən böyük neft-qaz korporasiyası Indian Oil Rusiya neftindən imtina etmək üçün BƏƏ, Braziliya və Anqola şirkətlərindən 7 milyon barel yanacaq alıb.
Chosen
2
1
azadmedia.az

2Sources