EN

WADA 298 Rusiya idmançısını cəzalandırdı

Ümumdünya Antidopinq Agentliyi (WADA) Moskva Antidopinq Laboratoriyasının (LIMS) məlumat bazasına və oradan götürülmüş nümunələrə əsasən 298 Rusiya idmançısını cəzalandırıb.

Ucnoqta.az xəbər verir ki, WADA prezidenti Vitold Banka bunu Beynəlxalq Olimpiya Komitəsinin (BOK) 145-ci Sessiyasında açıqlayıb.

Vitold bildirib ki, eyni zamanda, qlobal koordinasiyanı gücləndirərək araşdırmalar üçün yeni beynəlxalq standart tətbiq etdik.
Onun sözlərinə görə, əməliyyat səyləri sayəsində bu günə qədər ən uğurlu antidopinq araşdırmasını aparılıb və nəticədə 298 Rusiya idmançısı məsuliyyətə cəlb edilib.

LIMS (Laboratoriya Məlumat İdarəetmə Sistemi) 2012-ci ildən 2015-ci ilə qədər Rusiya idmançılarının dopinq test nəticələri ilə bağlı hərəkətləri qeydə alıb.

2019-cu ilin yanvar ayında Rusiya Antidopinq Agentliyinin bərpası ilə bağlı razılaşmanın bir hissəsi olaraq məlumatlar WADA-ya ötürülüb.

Təşkilatın ekspertləri məlumatların dopinq pozuntularını gizlətmək üçün manipulyasiya edildiyi qənaətinə gəliblər.

Chosen
11
ucnoqta.az

1Sources