EN

Rusiya və Ukraynanı barışdırmaq üçün YENİ PLAN: Bu ölkələr HƏRƏKƏTƏ KEÇDİ

Ukrayna, ABŞ və Avropa ölkələri Moskva ilə Kiyev arasında mümkün sülh razılaşmalarını dəstəkləmək üçün çoxsəviyyəli plan hazırlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə Financial Times (FT) mənbələrə istinadla məlumat yayıb.

Nəşrin məlumatına görə, plan 3 mərhələyə bölünüb:

Atəşkəsin pozulmasından 24 saat ərzində diplomatik xəbərdarlıq göndərilir və Ukrayna ordusu pozuntunu dayandırmaq üçün tədbirlər görür;

Əgər döyüşlər davam edərsə, “istəkli koalisiya” Avropa İttifaqı ölkələri, Birləşmiş Krallıq, Norveç, İslandiya və Türkiyə daxil olmaqla genişmiqyaslı reaksiya göstərir;

Əgər pozuntu ilk hücumdan 72 saat ərzində işğala çevrilərsə, ABŞ və Avropa İttifaqı tərəfindən hərbi cavab koordinasiya olunur:

Avropa əsgəri qüvvələri hava, dəniz və quru əməliyyatlarını təmin edəcək, ABŞ isə kəşfiyyat və logistika dəstəyi göstərəcək.

Financial Times yazır ki, Ukrayna, ABŞ və Avropa ölkələri artıq bu dəstək planı üzrə razılığa gəliblər.

Müşviq Tofiqoğlu
KONKRET.az

Chosen
6
konkret.az

1Sources