EN

Körpü çökdü: 5 işçi öldü

Cebheinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Çinin şərqindəki Ciangsu əyalətində inşaat halında olan dəmir yolu körpüsünün çökməsi nəticəsində 5 işçi həyatını itirib.

"Cebheinfo.az" xəbər verir ki,  Yançinq şəhərinin Sianşuy rayonunda inşası davam edən Yüeqanq körpüsünün 95 metrlik hissəsi uçub. Körpünün çökən hissəsində çalışan 5 işçi həyatını itirib, hadisə ilə bağlı araşdırmalar davam edir.

Dövlətə məxsus Çin Dəmir Yolları 12-ci Büro Qrupu tərəfindən inşa edilən körpü, Ciangsu əyalətinin Lianyunqanq bölgəsi ilə Şanxay şəhəri arasında qurulması planlaşdırılan sürət qatarı xəttinin bir hissəsi olaraq tikilirdi.

Son illərdə sürət qatarı dəmir yolu infrastrukturunda mühüm inkişafa nail olan Çində zaman-zaman qeyri-kafi təhlükəsizlik tədbirləri və ərazi etüdlərindəki çatışmazlıqlar səbəbindən iş qəzalarına rast gəlinir.

Çinin cənubundakı Quanqdonq əyalətində 2024-cü ilin dekabrında bir dəmir yolu inşaatının zəmininin çökməsi nəticəsində 13 işçi həyatını itirmişdi. 2025-ci ilin noyabrında isə ölkənin cənub-qərbindəki Yünnan əyalətinin mərkəzi Kunminqdə sınaq qatarının çarpması nəticəsində 11 işçi dünyasını dəyişmişdi.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
2
1
cebheinfo.az

2Sources