EN

Çin Bay mafiya ailəsinin dörd üzvünü edam edib

Çin Myanmada fırıldaq mərkəzləri şəbəkəsini idarə edən Bay mafiya ailəsinin dörd üzvünü edam edib, Sinxua xəbər verir.

Onlar 2025-ci ilin noyabr ayında "qəsdən adam öldürmə, telekommunikasiya fırıldaqçılığı və narkotik qaçaqmalçılığı da daxil olmaqla bir sıra cinayətlərə görə" edam cəzasına məhkum ediliblər.

Agentliyin açıqlamasında deyilir: "Edamlar Çin Xalq Respublikasının Ali Xalq Məhkəməsinin təsdiqi ilə Şençjen Şəhər Məhkəməsi (Quandunq əyaləti, Çinin cənubu) tərəfindən həyata keçirilib".

29 yanvarda Çin mediası Myanmada fırıldaq mərkəzləri şəbəkəsini idarə edən Minq mafiya ailəsinin 11 üzvünün edam edilməsi barədə məlumat yayıb.

BBC-nin məlumatına görə, uzun illər Bay, Minq və bir neçə digər klan Myanmanın sərhəd şəhəri olan Laukkaiyə nəzarət edirdilər və burada kazinolar, seks sənayesi rayonları və kibercinayətkarlıq mərkəzləri fəaliyyət göstərirdilər. Hətta öz hərbi bölməsinə malik olan Bay ailəsi saxta zəng mərkəzləri və kazinoların yerləşdiyi 41 qapalı icma yaratmışdı. Bundan əlavə, müstəntiqlərin fikrincə, Bay ailəsinin üzvləri təxminən 11 ton metamfetaminin istehsalı və satışı ilə məşğul idilər.

Məhkəmədə aşkar edildiyi kimi, Bay ailəsinin cinayətkar fəaliyyəti altı Çin vətəndaşının ölümünə və bir neçə nəfərin yaralanmasına səbəb olub.

Edam edilənlər arasında Sinxuanın cinayətkar qrupun lideri kimi təsvir etdiyi Bay Yinqcanq da var idi. BBC öz növbəsində yazır ki, Bay ailəsinin lideri digərləri ilə birlikdə mühakimə olunan, lakin hökmü icra edilməzdən əvvəl xəstəlikdən ölən Bay Suocheng idi.

BBC yazır ki, cinayətkar ailələr Laukkaya 2000-ci illərin əvvəllərindən nəzarət edirdilər, lakin 2023-cü ildə Pekin "Myanma ordusunun fırıldaqçılıq sindikatlarına qarşı hərəkətsizliyindən narazılığını bildirdi və ərazidəki etnik üsyançıların irəliləməsini gizli şəkildə dəstəklədi". Sindikatlar dağıdıldı və üzvləri Çində saxlanılaraq məhkəməyə verildi. Cinayətkar ailələrin əsas qurbanları Çin vətəndaşları idi.

Əziz MUSTAFA

Chosen
10
oxumeni.az

1Sources