EN

"Regional" BOKT 1 milyon manat borclandı

21 yanvar 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Regional" BOKT MMC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdi.

Marja xəbər verir ki, qeyd olunan AZ2005023406 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac 03.02.2026-cı il tarixində yekunlaşıb. 1 milyon manatlıq istiqrazlara 55 investor 55 sifaiş təqdim edib və emissiya tam məbləğdə yerləşdirilib.

Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n  3.19  bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı:  "Regional" BOKT MMC

Dövlət qeydiyyat nömrəsi – İSİN:  AZ2005023406

İstiqrazların növü və forması: Faizli təmin edilməmiş, sənədsiz, adlı istiqraz

Ticarət üsulu/forması:  Kütləvi / Birqiymətli Hərrac

İstiqrazların sayı: 10 000 (ədəd)

İlkin ticarət qiyməti:  100 manat

İstiqrazların buraxılış həcmi:  1 000 000 manat

Kupon faizi:  16%

Ödəmə Periodu: İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 30 (otuz) təqvim günündən bir ödənilir

Tədavül müddəti:  3 il

Hərrac qiyməti*:  100 manat

Reallaşdırılmış həcm:  1 000 000 manat

Sifarişlərin ümumi həcmi (nominal qiymətlə):  1 000 000 manat

İnvestor sayı: 55

Sifariş sayı:  55

Anderrayter:  “Xalq Kapital İnvestisiya Şirkəti” QSC

Chosen
47
9
marja.az

8Sources