ABŞ-ın hücumu halında İslam Respublikası İsrailə cavab verməyi planlaşdırır.
İranın Ali Liderinin siyasi müşaviri Əli Şamxani bu barədə bildirib.
“Əlbəttə, İsrailin hərəkətlərinə reaksiyamız qaçılmazdır və onların hərəkətləri və addımları ilə bağlıdır”, - deyə Şamxani Livanın “Əl Mayadaeen” televiziya kanalına verdiyi müsahibədə bildirib .
O, həmçinin bildirib ki, İran ABŞ və İsraili "iki fərqli qurum kimi deyil, bir və eyni qurum kimi görür". Buna görə də, ABŞ hücum edərsə, Tehran İsrailin də müharibəyə girdiyini düşünəcək.