EN

72 saat ərzində hərbi cavab: Ukrayna və Qərb razılaşdı

Ukrayna, sülh müqaviləsi bağlandıqdan sonra Rusiyanın atəşkəsi pozması halında təhlükəsizlik zəmanəti təmin edən planla bağlı Avropa və ABŞ ilə razılığa gəlib.

Publika.az xəbər verir ki, bu plana bir neçə bənd daxildir.

Mənbə iddia edir ki, razılaşmanın üç mərhələsi var: 24 saat ərzində diplomatik xəbərdarlıq, sonra silahlı münaqişə davam edərsə, "könüllülər koalisiyası"ndan olan Avropa ölkələri müdaxilə edəcək. Döyüşlər üç gün ərzində dayandırılmasa, Rusiya Avropa və ABŞ-ın hərbi cavabı ilə üzləşəcək.

Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin sədri Andrey Kartapolov hərbi cavab planını daha bir manipulyasiya adlandırıb. O, Ukrayna və tərəfdaşlarının Rusiyaya təzyiq göstərməyə çalışdığına inanır.

“Birincisi, hələlik sülh müqaviləsi imzalanmayıb, ona görə də məzmununu heç kimin bilmədiyi gələcək sənədlərdən danışmağın mənası yoxdur. İkincisi, bu cür xəbərlər Rusiyanı etmək istəmədiyimiz bir şeyi etməyə məcbur etmək üçün ənənəvi bir cəhddir”, - Kartapolov deyib.

Chosen
1
1
publika.az

2Sources