EN

“Neftçi”dən o qədər çox maaş tələb etdi ki… Danışıqlarda SON DURUM

«Neftçi» rəhbərliyi Murad Məmmədovla yeni müqavilə imzalamaq istəyirsə, böyük miqdarda vəsait xərcləməlidir.

20 yaşlı yarımmüdafiəçi yetirməsi olduğu klubun yönətimini bu mənada təəccübləndirib.

Hazırda 2500 manat civarında əməkhaqqı alan gənc 15 min dolların üzərində dayanıb. Yönətimi xəbərdar edib ki, ona bu qədər maaş ödənilməsə, kontrakta qol çəkən deyil.

Məmmədov komandada yüksək məvacib alan bir neçə nəfərin adını çəkərək, onların heç birindən zəif olmadığını söyləyib.

Murada maraq var - istər ölkə daxilindən, istərsə də xaricdən. Menecerlər U-21 yığmasının üzvünü artıq konkret təkliflərlə tanış edib.

«Ağ-qaralar» öz tələbəsinin maaşını artırmağa hazırdır. Sadəcə, səbəbkarın özünün istədiyi qədər yox.

Muradın mövcud sözləşməsi bu ilin yayınadək qüvvədədir. O, artıq iki ildir əsas komandanın sıralarındadır. Yuri Vernidubun gəlişindən sonra sanki ikinci nəfəsi açılıb.

Samir Abasovdan fərqli, yeni baş məşqçi ona daha çox güvənir.

Təsadüfi deyil ki, o, Birləşmiş Ərəb Əmirlikliklərinin paytaxtı Əbu-Dabidə keçirilən təlim-məşq toplanışında özünü yaxşı tərəfdən göstərib, yoxlama görüşündə iki qol vurub.

SPORTİNFO.AZ

Chosen
8
sportinfo.az

1Sources