EN

Hindistan Rusiya neftindən imtina edir

Hindistanın sanksiyalar fonunda Rusiya neftinin alışından imtina etdiyinə dair xəbərlər yayılır. 

Bununla bağlı ABŞ və Hindistan arasında razılaşmanın olduğu iddiası da var.Bu xəbərlərin fonunda   Prezident Vladimir Putinin  mətbuat katibi Dmitri Peskov çərşənbə axşamı bildirib ki, Moskva Yeni Dehlidən Rusiya neftini almaqdan imtina etməsi ilə bağlı heç bir rəsmi bildiriş almayıb.

Bundan əlavə, Peskov bildirib ki, Moskva ABŞ Prezidenti Donald Trampın Hindistana tariflərin tətbiqi və neft tədarükü ilə bağlı açıqlamalarını diqqətlə izləyir.

Xatırladaq ki, bir gün əvvəl Amerika lideri Donald Tramp Hindistanın Rusiya neftini almağı dayandıra biləcəyini deyib.

Ağ Ev rəhbəri Hindistanın Baş naziri Narendra Modinin Rusiya neftini almağı dayandıracağına söz verdiyini bildirib. Onun sözlərinə görə, Yeni Dehli Pusiyanı əvəzləmək, ABŞ resurslarına keçmək niyyətindədir.

Chosen
11
cebheinfo.az

1Sources