EN

Cavid İmamverdiyev klubsuz qaldı

Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Cavid İmamverdiyev klubsuz qalıb.

Fanat.Az xəbər verir ki, təcrübəli futbolçu Azərbaycan II Liqası təmsilçisi "Şəki Siti"dən ayrılıb. 

Məlumatı bölgə klubunun mətbuat xidməti yayıb. 

"Şəki Siti"yə mövsümün əvvəlində keçən 36 yaşlı hücumçu ilə yollar qarşılıqlı razılıq əsasında ayrılıb.

Qeyd edək ki, İmamverdiyev karyerası ərzində "Neftçi", "Sumqayıt", "Kəpəz" kimi klublarda çıxış edib.

Şəki komandası hazırda II Liqanın turnir cədvəlində 25 xalla 4-cü pillədə qərarlaşıb.

Chosen
10
fanat.az

1Sources