EN

Metsamor AES fəaliyyətini dayandırır

ain.az, Azvision portalına istinadən məlumat yayır.

Bu barədə Ermənistanın ərazi və infrastruktur naziri David Xudatyan yerli mətbuata müsahibəsində məlumat verib. O bildirib ki, başqa mənbələrin mövcudluğu sayəsində AES-in fəliyyətini dayandırması ölkənin elektrik enerjisi ehtiyacında hər hansı problem yaratmayacaq. Nazirin sözlərinə görə, təmir-bərpa işləri AES-in ömrünü daha 10 il uzatmaq məqsədi daşıyır. David Xudatyan jurnalistlərə açıqlamasında həmçinin Ermənistanın İranla enerji sahəsində əməkdaşlığına da toxunub. O bu istiqamətdə görülən işləri müsbət qiymətləndirib: "Ermənistan-İran üçüncü yüksək gərginlikli elektrik ötürücü xəttinin tikintisi 85% başa çatıb. Ümidvarıq ki, tikinti cari ildə qurtaracaq, bu da İrana elektrik enerjisi təchizatını artırmaq imkanı verəcək". Firudin Həmidli

AzVision.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
5
1
azvision.az

2Sources