“Biz İranla sərhədə sədd çəkə bilmərik. Çünki belə bir sədd çəkilməsi Güney Azərbaycandakı soydaşlarımızı ömürlük bizdən aralı sala bilər. Yəni İran ərazisindəki azərbaycanlılar bizə pənah gətirəcəyi halda qapılarımızı onların üzünə bağlamaq olmaz...”
"Bir sözlə, həm Azərbaycan, həm Türkiyə üçün həddindən artıq çətin bir durum yarana bilər. Lakin hər iki dövlətimiz çalışır ki, İrana qarşı növbəti müharibə baş verməsin və münaqişə dinc yolla həll edilsin..."
“Onsuz da, gözlənilən savaşla bağlı İrana qarşı deyilən mövqelərin artıq ilk çalarları aydın görünməkdədir. Türkiyənin təklifi ilə bir dəyirmi masa təşkil edilib. Həmin dəyirmi masadakı təkliflərdən biri də İranın zənginləşdirilmiş uran səviyyəsinin 60 faizdən 20 faizə endirilməsi və onun Rusiyaya göndərilməsidir. Və beləliklə, fikir ayrılığı və müharibə təhlükəsi yaradan səbəblərin aradan qaldırılacağı güman edilir. Yox, əgər başqa cür olarsa və savaş reallaşarsa, doğrudan da çox təhlükəli vəziyyət yarana bilər.”

Politoloq Qabiıl Hüseynli Moderator.az əməkdaşının “İrana qarşı yeni genişmiqyaslı hucumun gerçəkləşəcəyi və oradan kütləvi qaçqın təhlükəsi yaranacağı təqdirdə Azərbaycan və Türkiyə necə mövqə tutmalıdır?” sualını cavablandırarkən belə deyib.
“Hazırda Türkiyə təhlükəsizliyi məqsədi ilə İranla sərhədə sədd çəkir. Məqsəd həmin sədd vasitəsilə İrandan gələ bilən qaçınların ölkəyə daxil ola bilməsinin qarşısını almaqdır. Amma müharibə olacağı təqdirdə bizim üçün lap çətin olacaq. Biz İranla sərhədə sədd çəkə bilmərik. Çünki belə bir sədd çəkilməsi Güney Azərbaycandakı soydaşlarımızı ömürlük bizdən aralı sala bilər. Yəni İran ərazisindəki azərbaycanlılar bizə pənah gətirəcəyi halda qapılarımızı onların üzünə bağlamaq olmaz. Və bizim ərazimizə qonşu ölkənin ərazisindən gələcək insanları qəbul etməkdən savayı yolumuz qalmır. Düzdü, quru sərhədlərimiz rəsmən bağlıdır, amma Araz çayını keçmək o qədər də çətin deyil, necə ki, Zəngilanın işğalı zamanı oradan qaçqın düşənlər keçmişdi. Ona görə də Azərbaycan dövlətinin vəzifəsi ondan ibarət olmalıdır ki, nisbətən mənimsənilməmiş bölgələrdə, elə İranla həmsərhəd işğaldan azad olunmuş torpaqlarımızda cənubdan gələ biləcək qaçqınlar üçün çadır səhərcikləri və ya digər formada müvəqqəti sığınacaqlar tikməyə hazır olsun. Bir sözlə, həm Azərbaycan, həm Türkiyə üçün həddindən artıq çətin bir durum yarana bilər. Lakin hər iki dövlətimiz çalışır ki, İrana qarşı növbəti müharibə baş verməsin və münaqişə dinc yolla həll edilsin. Hələ ki, danışıqlar gedir - baxaq, görək proses nə ilə bitəcək. Ancaq o var ki, İsrail də bir tərəfdən var gücü ilə yeni hərbi qarşıdurmanı körəkləyir...”
Sultan Laçın