ABŞ Prezidentinin nümayəndəsi Stiv Vitkov və İranın xarici işlər naziri Abbas Araqçi cümə günü İstanbulda Tehranın nüvə proqramını müzakirə etmək üçün görüşəcəklər. Bu barədə Axios bazar ertəsi iki məlumatlı mənbəyə istinadən məlumat verib.
Axios xəbər verir ki, Vitkov və Araqçinin "nüvə məsələsi ilə bağlı mümkün razılaşmanı" müzakirə etmələri gözlənilir.
Fars xəbər agentliyi bazar ertəsi günü bir mənbəyə istinadən İran Prezidenti Məsud Pezeşkyanın Tehran və Vaşinqton arasında yeni danışıqlar raunduna icazə verdiyini bildirib.
İran və ABŞ əvvəllər beş raund danışıqlar keçiriblər. Altıncı raund hələ baş tutmayıb, çünki İsrail, ardınca ABŞ 2025-ci ilin iyun ayında İrana qarşı hava hücumları təşkil edib.
Əziz Mustafa