EN

İranda bloqerin paylaşımı sosial şəbəkələrdə geniş REZONANS DOĞURDU – VİDEO

İranda bloqerin paylaşımı sosial şəbəkələrdə geniş rezonans doğurub.

İnterpress.az xəbər verir ki, bu barədə sosial media platformalarında məlumat yayılıb.

İranın populyar bloqerlərindən biri tərəfindən paylaşılan və etiraz aksiyaları iştirakçılarına qarşı iddia edilən rəftarı təsvir edən fikirlər sosial şəbəkə istifadəçiləri arasında böyük müzakirələrə səbəb olub.

Bloqer öz videosunda rəsmi qurumların fəaliyyəti ilə bağlı son dərəcə ağır və qeyri-adi ittihamlar irəli sürüb.

Videoçarx qısa müddət ərzində milyonlarla baxış sayı toplasa da, səsləndirilən iddiaların heç biri faktiki sübutlar, rəsmi sənədlər və ya müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.

Mütəxəssislər vurğulayırlar ki, gərginlik və böhran anlarında internet məkanında emosional fonu yüksəltməyə xidmət edən, lakin obyektiv reallıqdan uzaq olan məlumatların yayılması tez-tez müşahidə olunan haldır.

Belə hallarda subyektiv iddiaları faktlardan fərqləndirmək və yalnız rəsmi təsdiqini tapmış məlumatlara etibar etmək mühüm əhəmiyyət kəsb edir.

Hazırda yayılan bu məlumatların hər hansı bir maddi əsası olmadığı üçün onlara ehtiyatla yanaşmaq tövsiyə olunur.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
20
interpress.az

1Sources