EN

İngiltərə nəhəngi 20 yaşlı futbolçu aldı - RƏSMİ

"Renn"in mərkəz müdafiəçisi Jeremi Jake karyerasını İngiltərə nəhəngində davam etdirəcək.

Fanat.Az xəbər verir ki, 20 yaşlı futbolçu "Liverpul"la anlaşıb.

Məlumatı "qırmızılar"ın mətbuat xidməti yayıb. Jake mersisaydlılara yayda qoşulacaq.

Daha öncə "Liverpul"un bu transfer üçün qarşı tərəfə 66,3 milyon avro ödəyəcəyi və "Renn"in Jakenin satışından müxtəlif bonuslar şəklində daha 5,7 milyon avro qazana biləcəyi açıqlanıb.

Cari mövsüm klubunun heyətində bütün turnirlərdə 19 matça çıxan Jeremi məhsuldar göstəricilərlə yadda qalmayıb. O, Fransanın U-21 millisində 5 oyun keçirib.

Nihat

Chosen
4
fanat.az

1Sources