Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna ilə bağlı Əbu-Dabidəki danışıqların ikinci mərhələsinin 4-5 fevral tarixlərində baş tutacağını təsdiqləyib.
APA-nın Moskva bürosu xəbər verir ki, Kremlin sözçüsü Əbu-Dabi danışıqlarında Rusiya nümayəndə heyətinin tərkibi dəyişməz olaraq qaldığını, nümayəndə heyətinə Rusiya Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (QRU) rəhbəri İqo Kostyukovun rəhbərlik edəcəyini söyləyib.
Qeyd edək ki, Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarıın ikinci raundu fevralın 1-də keçirilməli idi. Lakin görüşün vaxtı sonradan fevralın 4-5-nə keçirilib.