EN

“Ukrayna xalqı çox əzmkar və cəsarətlə mübarizə aparır” - NATO-nun baş katibi

NATO-nun baş katibi Mark Rutte Ukrayna Ali Radasında çıxış edib.

Missiya.Az "Ukrinform"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının sədrinin birinci müavini Aleksandr Kornienko məlumat verib.

Kornienko Ruttenin Ukraynaya dəstəyini nümayiş etdirdiyini bildirib:

“Bu gün demokratik Ukraynanın tam mərkəzində sizinlə birlikdə olmaq böyük şərəfdir. Ukrayna xalqı çox əzmkar və cəsarətlə mübarizə aparır. Siz gündəlik bombardmanların ortasında belə işləməyə davam edən bu xalqın nümayəndələrisiniz”, - deyə Rutte vurğulayıb.

Xatırladaq ki, NATO-nun baş katibi sonuncu dəfə Ukraynaya 2025-ci ilin aprel ayında səfər edib.

Daşqın HəsənovMissiya.Az

Chosen
19
missiya.az

1Sources