Demokrat.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Bakının Qaradağ rayonunda 32 yaşlı kişi ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşına xəsarət yetirib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin iyulun 30-da rayonun Ümid qəsəbəsi baş verib. Bərdə rayon sakini, 1994-cü il təvəllüdlü Fazil həmin gün saat 11:00-da yaşadığı evin mətbəxində ailə münasibətləri zəminində həyat yoldaşı Züleyxa (adlar şərtidir – red.) ilə mübahisə edib. Fazil aralarında yaranmış mübahisə zamanı soyuq silah mətbəx bıçağı ilə arvadının sağ sağrı nahiyyəsindən bir dələ vurub. Hadisəni törədən Fazilin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.ş üzrə ifadə verən Fazil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, iyulun 30-da, səhər saatlarında yaşadıqları evsə həyat yoldaşı Züleyxa ilə ailə məişət zəminində aralarında sözlü mübahisə yaranıb:“Mübahisə zamanı əsəbiləşərək mətbəx otağında stolun üzərində olan meyvə doğramaq üçün istifadə edilən bıçaqla arvadımın sağ arxa yan hissəsindən vurdum. Bundan sonra Züleyxa zəng edərək bu barədə polisə şikayət etdi. Törətdiyim əməldən peşman olmuşam”.İş üzrə zərərçəkmiş Züleyxanın sözlərinə görə, 10 ildir Fazil ilə ailə həyatı qurub: “Son zamanlar aramızda tez-tez münaqişələr baş verib. Sonuncu dəfə aramızda baş verən mübahisə zamanı məni pendir bıçağı ilə vurdu. Bundan sonra dərhal polisə məlumat verdim. Hazırda onunla barışmamışam. Biz boşanmaq mərhələsindəyik”. Qaradağ Rayon Məhkəməsinin hökmü ilə Fazil 8 ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza alıb. Təqsirləndirilən şəxsə cəzaçəkmə müddəti ərzində Bakı şəhərinin və Abşeron rayonunun hüdudlarını tərk etməsi, hər gün axşam saat 23.00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməsi qadağan olunub. Bundan başqa, onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulub.Fariz Məlikli
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.