EN

“Ukrayna ordusu əsas məqamlarda HHM üçün raket çatışmazlığı ilə ciddi üzləşib” - Polkovnik

Ukrayna ordusu hava hücumundan müdafiə sistemləri üçün raket çatışmazlığı ilə üzləşir.

Herbiand.az bildirir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri komandanlığının kommunikasiya rəhbəri, polkovnik Yuri İqnat deyib.

“Doldurulacaq bir şey olsaydı! Axı dəfələrlə bildirilib və Ukrayna prezidenti də bir neçə dəfə tərəfdaşlarımızın diqqətinə çatdırıb ki, bəzən bəzi sistemlər boş qalır və növbəti hücumu bir şeylə dəf etmək lazımdır”, - “RBK-Ukraine” polkovnikin sözlərindən sitat gətirib.

O, bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin hava hücumundan müdafiə sistemlərində altı raketdən yalnız ikisinin qaldığı vaxtlar olub: “Bu, ciddi sursat çatışmazlığının olduğunu göstərir”.

Bəxtiyar CƏFƏRLİ

Chosen
9
herbiand.az

1Sources