EN

Azərbaycanda məşhur şirkət işçisinə pul ödəmədi - 1,8 milyonluq kapitala həbs qoyuldu

“Azərşin” ASC-nin nizamnamə kapitalının üzərinə həbs qoyulub.

Publika.az Teleqraf-a istinadla xəbər verir ki, buna səbəb şirkətin işçisinə ödəmədiyi 8230 manat əmək haqqı borcudur.

Daha öncə məhkəmə məbləğin ödənilməsinə dair qərar qəbul etsə də, şirkət bundan yayınıb.

Nəticədə icra sənədinin icrasını təmin etmək məqsədilə məhkəməyə təqimdat verilib. Nərimanov Rayon Məhkəməsi təqdimatı təmin edərək, “Azərşin” ASC-nin nizamnamə kapitalının üzərinə həbs qoyulması ilə bağlı qərar çıxarıb.

Chosen
5
4
publika.az

5Sources