EN

Gürcüstan Parlamentində yaz sessiyası başlayıb

Tbilisi, 3 fevral, AZƏRTAC

Fevralın 3-də 11-ci çağırış Gürcüstan parlamentinin yaz sessiyası açılıb.

AZƏRTAC xəbər verir ki, yaz sessiyası dövründə hakim "Gürcü Arzusu-Demokratik Gürcüstan" partiyası fraksiyasının qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələri müzakirə olunacaq, hökumətin ölkədə qiymət artımı və təhsil islahatı ilə bağlı təklif etdiyi məsələlərə baxılacaq.

Yaz sessiyasının ilk günlərində Gürcüstanın Baş naziri İrakli Kobaxidze və Prezident Mixeil Kavelaşvili parlamentdə hesabat verəcəklər.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Chosen
10
1
azertag.az

2Sources