İsrailin Baş naziri Binyamin Netanyahu İranla bağlı sərt açıqlamalar verib.
Turkustan.az xəbər verir ki, artan gərginlik fonunda danışan Netanyahu bildirib ki, İran hücum etsə, bu onun üçün yaxşı olmayacaq.
Netanyahu bu fikirləri İsrail Parlamentinin (Knessetin) qurulmasının 77-ci ildönümü münasibətilə keçirilən tədbirdə səsləndirib. Çıxışında regional vəziyyətə toxunan Baş nazir qarşıdakı dövrün daha çox çətinlik və sınaqlarla müşayiət olunacağını qeyd edib.
O vurğulayıb ki, İsrail hər zaman ayıq-sayıqdır və mümkün hər cür ssenariyə hazırdır: “Biz ayıq-sayıq və istənilən hadisəyə hazırlıyıq. Bizə hücum edən hər kəs bunun ağır nəticələri ilə üzləşəcək”.
Aytən Yaşar/ Turkustan.az