EN

Çin və Rusiya silahlara nəzarət sahəsində əməkdaşlığı gücləndirmək barədə razılığa gəlib- ÖZƏL 

Çin və Rusiya qlobal miqyasda effektiv silahlara nəzarətin təşviqi istiqamətində birgə fəaliyyət göstərmək barədə razılığa gəliblər. Olaylar.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi Pekində keçirilən məsləhətləşmələrin yekunlarına dair məlumat yayıb.
Məlumata görə, çərşənbə axşamı keçirilən görüşdə Çin XİN rəhbərinin müavini Ma Çjaosuy ilə Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov strateji sabitlik və silahlara nəzarət məsələlərini müzakirə ediblər. Tərəflər bəyan ediblər ki, hazırda qlobal strateji sabitlik ciddi çağırışlarla üz-üzədir.
Bəyanatda qeyd olunur ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri kimi Çin və Rusiya strateji koordinasiyanı bundan sonra da gücləndirəcək, çoxtərəfli yanaşmanı qətiyyətlə dəstəkləyəcək, silahlara nəzarət sahəsində beynəlxalq müqavilə və mexanizmlərin nüfuzunu və effektivliyini fəal şəkildə müdafiə edəcəklər. Həmçinin tərəflər qlobal strateji sabitliyin qorunmasına, ümumi sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə vermək niyyətində olduqlarını vurğulayıblar.
Çin XİN-in məlumatında bildirilir ki, müzakirə olunan məsələlər üzrə tərəflər geniş konsensusa gəliblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
10
olaylar.az

1Sources