"Mançester Yunayted"in sabiq hücumçusu Ueyn Runi "qırmızı şeytanlar"ın Maykl Kerrikin rəhbərliyi altında sərgilədiyi performansı dəyərləndirib.
Fanat.Az xəbər verir ki, onun sözlərini BBC belə çatdırıb:
"Mançester Yunayted" yenidən "Mançester Yunayted" kimi görünməyə başlayıb. Fikrimcə, Maykl işinin öhdəsindən əla gəlir. Başqalarının nə danışmasından asılı olmayaraq, Kerrik belə davam etsə, klub mövsümün sonunda ona yeni müqavilə təklif etməlidir".
Qeyd edək ki, MY Kerrikin rəhbərliyi altında çıxdığı 3 Premyer Liqa oyununda 3 qələbə qazanıb. "Yunayted" əzəli rəqibi "Mançester Siti"ni 2:0, "Arsenal" və "Fulhem"i 3:2 hesabı ilə yenib. Hazırda 41 xalı olan Mançester təmsilçisi çempionatın turnir cədvəlində 41 xalla 4-cü pillədə qərarlaşıb. Lider "Arsenal"ın isə 12 xalı var.
Nihat