BAKI, 3 fevral. TELEQRAF
“ABŞ-nin Venesueladan sonra İrana qarşı mümkün əməliyyatı təkcə qonşu ölkə üçün yox, bütün dünya üçün təhlükəlidir. İrana qarşı hərbi müdaxilə yolu ilə kukla liderlərin hakimiyyətə gətirilməsi ssenarisi fəlakətli nəticələrə yol açacaq”.
Teleqraf xəbər verir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı deyib.
MHP lideri bildirib ki, ABŞ-nin İrana zərbə endirməsi qəbuledilməz imperialist vandalizm olardı:
“İran və digər müstəqil dövlətlərin gələcəyini təmin edəcək yeganə güc onların xalqlarıdır. Hörmətli prezidentimizin (Rəcəb Tayyib Ərdoğan) vasitəçilik və uzlaşdırma səyləri təqdirəlayiqdir. İran və Suriyanın təhlükəsizliyi regionun sabitliyinin əsas dayağıdır. Bölgəmiz yeni müharibəyə dözə bilməz. Tərəflərin sağlam düşüncə ilə orta yolu tapması gərginliyi aradan qaldıracaq”.