EN

Azərbaycanlılar pullarını bunlara xərcləyir...

2025-ci ildə xaricə üz tutan Azərbaycan vətəndaşları ən çox nəqliyyata, yerləşməyə və yeməyə pul xərcləyiblər. Statistik rəqəmlər göstərir ki, bu xərclərin böyük qismi iki ölkənin - Türkiyə və Rusiyanın payına düşüb.

News365.az Valyuta.az-a istinadən xəbər verir ki, nəqliyyat xidmətlərinə 745 milyon manatdan çox vəsait sərf olunub.

Bu məbləğin 285 milyon manatı Türkiyədə, 101 milyon manatı isə Rusiyada xərclənib.

Yerləşmə xidmətlərinə ayrılan ümumi xərclər 450 milyon manatı keçib. Bunun da 187 milyon manatı Türkiyədə, 65 milyon manatı isə Rusiya Federasiyasında gerçəkləşib.

Qidalanma üçün ayrılan vəsaitlər də az deyil - 402,8 milyon manat. Bu istiqamətdə də lider ölkələr Türkiyə və Rusiyadır. Ən az xərc isə Koreya Respublikasında qeydə alınıb - cəmi 56,2 min manat.

Mədəniyyətə gəlincə, Azərbaycanlı turistlərin diqqəti yenə Türkiyədə cəmləşib. 2025-ci ildə bu ölkədə 2,5 milyon manata yaxın vəsait mədəni tədbirlərə sərf olunub. Ən az maraq isə Niderlandda - cəmi 1,1 min manat xərclə əksini tapıb.

Son olaraq, mallar və hədiyyələr üçün ümumi 327,4 milyon manat xərclənib. Bu məbləğin təxminən 190 milyon manatı Türkiyədə, 40 milyon manatı isə Rusiyada reallaşdırılıb.
Chosen
2
news365.az

1Sources