EN

“Fintrend” BOKT-ın vəzifəli şəxsi cərimə edildi

Azərbaycan Respublikasının Mərkəzi Bankı “Fintrend” BOKT MMC-nin vəzifəli şəxsinin inzibati məsuliyyətə cəlb olunması barədə məlumat yayıb.

Bu barədə Marja.az Mərkəzi Banka istinadən xəbər verir.

Qeyd edilib ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsinə əsasən "Fintrend" Bank olmayan kredit təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxsi Bakı Apellyasiya Məhkəməsi tərəfindən 2000 manat məbləğində cərimə edilmişdir.

İş elanları AzVak.az-da

Chosen
6
6
marja.az

10Sources