EN

XRİTDX “İnformasiya Təhlükəsizliyi Testləri” laboratoriyasını istifadəyə verdi

Bakı.Trend:

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin(XRİTDX) təşəbbüsü və dəstəyi ilə Bakı Ali Neft Məktəbində (BANM)“İnformasiya Təhlükəsizliyi Testləri” laboratoriyasının fəaliyyətəbaşlaması ilə əlaqədar BANM-də açılış mərasimi keçirilib.

Trend xəbərverir ki, tədbirdə XRİTDX-nin rəisi general-leytenant İlqarMusayev, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi XidmətininMilli Kibertəhlükəsizlik Mərkəzinin rəisi general-mayor DavudRüstəmov, SOCAR-ın vitse-prezidenti Ziba Mustafayeva, BANM-inrektoru Elmar Qasımov, İqtisadiyyat Nazirliyinin Rəqəmsal idarəetməşöbəsinin müdiri Anar Nərimanov, Rumıniyanın İnformatika üzrə MilliTədqiqat və İnkişaf İnstitutunun (ICI Buxarest) elmi direktoruCarmen Elena Cirnu və digər qonaqlar iştirak ediblər.

Açılış mərasimində çıxış edən XRİTDX-nin rəisi İlqar Musayev“İnformasiya Təhlükəsizliyi Testləri” laboratoriyasının XRİTDX iləBANM arasında imzalanmış əməkdaşlıq haqqında memorandumçərçivəsində və Azərbaycan Respublikası Prezidentinin 28 avqust2023-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “AzərbaycanRespublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyədair 2023–2027-ci illər üçün Strategiyası”nın aidiyyatitələblərinin icrası çərçivəsində qurulduğunu qeyd edib. Eləcə də,sözügedən Strategiyanın müvafiq bəndinin icrası çərçivəsindəlaboratoriyanın texniki imkanlarının artırılması üçün xüsusiproqram təminatları və əlavə avadanlıqlarla təmin edilməsi üzrəişlərin İqtisadiyyat Nazirliyi ilə birgə davam etdirildiyivurğulanıb.

İ.Musayev XRİTDX-nin milli informasiya təhlükəsizliyinin təminolunmasında institusional lider kimi kadr hazırlığı və bilikekosisteminin formalaşdırılmasının əsas prioritet istiqamətlərdənbiri olduğunu iştirakçıların diqqətinə çatdırıb. Eləcə də, BANM-dəyaradılmış laboratoriyanın bu siyasətin praktik nəticəsi olmaqla,dövlət qurumunun əməliyyat təcrübəsi ilə ali təhsil mühitininakademik potensialını birləşdirən konkret infrastruktur həllolduğunu vurğulanıb.

Xidmət rəisi bildirib ki, NATO-nun Sülh və Təhlükəsizlik naminəElm Proqramı çərçivəsində XRİTDX-nin və Rumıniyanın İnformatikaüzrə Milli Tədqiqat və İnkişaf İnstitutu ilə birgə icra olunan“Cyber Polygon” layihəsi beynəlxalq əməkdaşlıq çərçivəsində həyatakeçirilən qabaqcıl kibertəlim və sınaq platformasıdır. Onunsözlərinə görə, bu platforma vasitəsilə kritik informasiyainfrastrukturlarına yönəlmiş real kiberhücum ssenarilərimodelləşdirilir, müdafiə mexanizmləri sınaqdan keçirilir vəinsidentlərə operativ reaksiya bacarıqları formalaşdırılır.

Təməli qoyulan laboratoriya sadəcə universitetdə təhsil alantələbə, müəllim və tədqiqatçılar üçün deyil, eləcə də dövlətqurumları əməkdaşlarının beynəlxalq standartlara uyğunkiberinsident ssenariləri üzərində birgə işləmək, tərəfimizdəntəşkil olunacaq təlimlərdə iştirak etmək, praktik təcrübələri əldəetmək imkanına malik olacaqlar.

Bu yanaşma laboratoriyanı yalnız tədris məkanı deyil, eynizamanda kibertəhlükəsizlik üzrə əməliyyat hazırlığının yoxlanıldığıvə təkmilləşdirildiyi test platformasına – kadr hazırlığı bazasınaçevirir.

Açılış mərasimində çıxış edən SOCAR-ın Bakı Ali Neft Məktəbininrektoru Elmar Qasımov isə bildirib ki, BANM-də yaradılmış“İnformasiya Təhlükəsizliyi Testləri” laboratoriyası ali təhsilmüəssisəsində informasiya təhlükəsizliyi sahəsində praktik yönümlütədrisin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. O qeyd edibki, laboratoriyanın fəaliyyətə başlaması ali təhsil müəssisəsindəinformasiya təhlükəsizliyi sahəsində praktik yönümlü tədrisininkişafına şərait yaradır. E. Qasımov vurğulayıb ki, tədbirinAzərbaycan Gəncləri Gününə təsadüf etməsi xüsusi rəmzi məna daşıyırvə yaradılmış bu mühit gənclərin müasir texnoloji biliklərəyiyələnməsi, real sınaq platformalarında təcrübə qazanması vəgələcəkdə ölkənin kibertəhlükəsizlik sahəsində peşəkarmütəxəssislər kimi formalaşması baxımından əhəmiyyətlidir. Rektordövlət qurumu ilə ali təhsil müəssisəsi arasında qurulan buəməkdaşlıq modelinin elmi potensialın gücləndirilməsinə və tədrisprosesinin müasir tələblərə uyğunlaşdırılmasına mühüm töhfəverdiyini bildirib.

Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişafİnstitutunun (ICI Bucharest) elmi direktoru Carmen Elena Cirnuçıxışında “İnformasiya Təhlükəsizliyi Testləri” laboratoriyasındapraktik təcrübənin tərkib hissəsi olmaqdan məmnun olduğunu ifadəedərək, NATO-nun Sülh və Təhlükəsizlik naminə Elm Proqramıçərçivəsində XRİTDX-nin və Rumıniyanın İnformatika üzrə MilliTədqiqat və İnkişaf İnstitutu ilə birgə icra olunan “Cyber Polygon”layihəsinin əhəmiyyətindən danışıb. O bildirib ki, layihəkibertəhlükəsizlik sahəsində simulyasiya əsaslı təlim və testmexanizmlərini birləşdirən müasir platforma olmaqla, iştirakçılarareal kiberhücum ssenariləri üzərində praktiki bacarıqlarınformalaşdırılması imkanı yaradır. Cirnu vurğulayıb ki, “CyberPolygon” vasitəsilə "scada" kimi kritik informasiya sistemlərininvirtual mühitdə bənzəri yaradılmaqla real sistemləri təhlükəsizlliktestlərinə məruz qoymadan, həmin sistemlərin virtual “əkizləri”üzərində testlər aparıla, təhlükəsizlik boşluqları aşkarlanabiləcəkdir. Platformanın XRİTDX tələblərinə uyğun olaraq lokalqapalı serverlər üzərində qurulması və istifadəsi isə platformadaaparılacaq həssas simulyasiyaların belə konfidensiallığına zəmanətverəcəkdir.

Chosen
12
3
az.trend.az

5Sources