EN

Əfqanıstan universitetlərində “Peyğəmbər təbabəti” kafedraları YARADILACAQ

Əfqanıstan universitetlərində “Peyğəmbər təbabəti” kafedraları yaradılacaq.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Əfqanıstanın ali təhsil müəssisələrində “Peyğəmbər təbabəti” kafedraları fəaliyyətə başlayacaq.

Bu təbabət sahəsi Məhəmməd peyğəmbərin “tibbi təcrübələrinə” əsaslanır və xəstəliklərin profilaktikası, qidalanmada mülayimlik, habelə Quran vasitəsilə şəfa tapma üsullarını əhatə edir.

Məlumata görə, yeni yaradılan kafedralarda hicama (qanalma), zəli və banka vasitəsilə müalicə üsulları, həmçinin Məhəmməd peyğəmbərin faydalı hesab etdiyi, lakin ziddiyyətli yanaşdığı dağlama metodları tədris olunacaq.

Bu addım Əfqanıstanın təhsil sistemində dini və ənənəvi metodların tətbiqinin genişləndirilməsi çərçivəsində atılıb.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
4
interpress.az

1Sources