EN

Braziliyalı futbolçu “Kəpəz”dəki dönəmi xatırladı “Hoteldə çörək yox idi”

Qafqazinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Hal-hazırda Braziliyanın “San Xose” klubunda çıxış edən, vaxtilə “Kəpəz”də oynamış futbolçu Keverton Resende Markolino Azərbaycan oynadığını zamanları xatırlayıb

Qafqazinfo xəbər verir ki, braziliyalı futbolçu ölkəsinin mətbuatına ölkəmizdə ilk vaxtlarda üzləşdiyi problemlərdən danışıb: 

“Azərbaycana gəlməzdən əvvəl qida ilə bağlı narahatlıqlar yaşayırdım. Orada Braziliyadakı kimi məhsulların olub-olmaması ilə maraqlanırdım və tapırdım. Buna baxmayaraq, ilk günlərdə qarşılaşdığım fərqli səhər yeməkləri və qidalanma vərdişləri mənim üçün gözlənilməz oldu. Yerləşdiyimiz hoteldə adi çörək yox idi. Səhər yeməyi fərqli idi, çörək bir az yumşaq, bir az da şirin xəmirdən ibarət idi. Bu hallar mənə çox qəribə gəlirdi”.

Eyni zamanda Keverton dil problemilə üzləşdiyini və bunun aradan qaldırılması üçün həmən vaxt komanda yoldaşı olan Braqadan yardım aldığını bildirib: “Onun köməyi sayəsində uyğunlaşma yaxşı oldu. İngiliscə danışmırdı, amma çox yaxşı başa düşürdü. Məşqlərdə mənə kömək edirdi. Əksəriyyət ingilis dilində danışırdı deyə gündəlik həyatda və məşqlərdə mobil telefondakı tərcümə proqramından istifadə edirdim. Bir müddət sonra isə bəzi şeyləri öyrəndim və ünsiyyət qurmağım rahat oldu”.

Braziliyalı ölkəmizdə az müddətdə çıxış etsə də, bu dövrü karyerasında çətin, lakin dəyərli təcrübə kimi qiymətləndirib: “Bu qərarı verməyimdə peşman deyiləm. Karyeramın ən çətin dövrü olsa da, qazandığım təcrübə çox böyük oldu”.

Qeyd edək ki, Keverton “Kəpəz”ə 2024-cü ildə qatılıb və Gəncə təmsilçisi ilə cəmi 2 maçtda iştirak edib.

Nihad Əsədov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
5
2
qafqazinfo.az

3Sources