EN

Raytheon ticarət gəmiləri üçün aktiv müdafiə sistemi hazırlayacaq

RTX (aerokosmik və müdafiə məhsulları istehsal edən Amerika korporasiyası - red.) korporasiyasına daxil olan Raytheon şirkəti qabaqcıl dəniz müdafiə texnologiyalarını inkişaf etdirmək üçün ABŞ Müdafiə Qabaqcıl Tədqiqat Layihələri Agentliyi (DARPA) tərəfindən seçilib.

Herbiand.az bildirir ki, bu, həssas ticarət gəmilərini və Hərbi Dəniz Qüvvələrinin dəstək gəmilərini pilotsuz suüstü aparatlar kimi ortaya çıxan təhlükələrdən qorumağa kömək edəcək aşkarlama və hədəfləmə sistemidir.

Xüsusilə, Raytheon komandası vəziyyət barədə məlumatlılığı və təhdidlərə cavabı artırmaq üçün elektro-optik və infraqırmızı sensorlardan, qabaqcıl proqram təminatından, güclü komanda və nəzarət imkanlarından ibarət bir sistem yaradacaq.

Raytheon şirkətinin Qabaqcıl Texnologiyalar Bölməsinin prezidenti Kolin Uelan bildirib ki, Qırmızı dəniz kimi bölgələrdə mülki gəmiçiliyin təhlükəsizliyini təmin etmək üçün vacib texnologiyaların inkişaf etdirilməsi istiqamətində çalışırlar: “Məqsədimiz həm kommersiya daşıyıcıları, həm də dəniz dəstək gəmiləri üçün riskləri minimuma endirən miqyaslı və səmərəli bir həlldir”.

Bəxtiyar CƏFƏRLİ

Chosen
17
herbiand.az

1Sources