EN

Qvardiolanın yerini bu 3 məşqçidən biri tutacaq - ADLAR

Cari mövsümün sonunda "Mançester Siti"nin baş məşqçi postunu tərk edəcəyi gözlənilən Xosep Qvardiolanın yerini tutmağa əsas namizədlərin adları açıqlanıb.

Fanat.Az xəbər verir ki, informasiyanı "The Telegraph" yayıb.

Məlumata görə, bunlar son iş yeri "Çelsi" olan Entso Mareska, "Real Madrid"in sabiq çalışdırıcısı Xabi Alonso və "Komo"nun baş məşqçisi Sesk Fabreqasdır.

Qvardiola 2016-cı ilin yayından indiki postundadır. Mançester təmsilçisi onun rəhbərliyi altında 6 dəfə İngiltərə Premyer Liqasının, 2 dəfə İngiltərə Kubokunun, 4 dəfə İngiltərə Liqa Kubokunun, 2023-cü ildə isə UEFA Çempionlar Liqasının qalibi olub.

Nihat

Chosen
1
1
fanat.az

2Sources