“Qarabağ” Azərbaycan Premyer Liqasının 21-ci turu çərçivəsində keçiriləcək “Neftçi” ilə oyunun təxirə salınmasını istəyir.
Msport.az xəbər verir ki, Azərbaycan derbisi fevralın 21-də “Palms Sport Arena”da keçirilməlidir.
Ağdam təmsilçisi fevralın 18-də və 24-də Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”la qarşılaşacaq. Bu səbəbdən də “Qarabağ” prinsipial rəqiblə oyunun təxirə salınmasını arzulayır. Hətta Qurban Qurbanov da “Turan Tovuz”la matçdan sonra mətbuat konfransında bu məsələyə toxunmuşdu.
İş ondadır ki, görüşün təxirə salınması üçün hər iki tərəfin razılığı lazımdır. “Neftçi” azarkeşləri isə kluba təxyiq göstərərək oyunun başqa vaxta keçiriilməsinə razılıq verilməməsini tələb edirlər. Əslində “ağ-qaraların” rəhbərliyi də oyunun təyin olunan vaxtda keçirilməsinin tərəfdarıdırlar. Komanda son turda “Araz Naxçıvan”a qarşı əla oyun göstərib və 4 qol vurub. Belə vəziyyətdə formada olan bir dövrdə matçın təxirə salınması onları qane etmir.
“Neftçi” azarkeşlərindən biri Elnur Şərifli sosial medada kluba müraciət ünvanlayıb: “Neftçi” PFK açıq danışaq ki, sizin idarəetmə qabiliyyətinizdən xoşumuz gəlmir. Hər sezon “Neftçi”mizin uğursuzluğunu gördükcə haqlı olaraq bütün əsəbimizi sizə tökmüşük. Çünki 10 ildən çoxdur ki, bizim sağlamlığımızla oynayıb ömrümüzü yeyibsiniz.