EN

Xankəndi şəhərində Azərbaycan Gənclərinin XI Forumu keçirilib - YENİLƏNİB

Xankəndi şəhərində Azərbaycan Gənclərinin XI Forumu keçirilib.

"Report"un Xankəndinə ezam edilmiş əməkdaşı xəbər verir ki, forumun açılışı "Gələcəyin şəhərlərinin qurulması: milli inkişafda gənclərin məsuliyyəti" adlı panellə başlayıb.

Bu sessiyada rəsmilər çıxış edib və gənclərin şəhərlərin qurulmasında önəminə toxunublar.

Daha sonra "Şəhərlər imkanlar sistemi kimi: gənclər üçün təhsil, bacarıqlar və məşğulluq" mövzularında panel sessiya keçirilib.

Bu sessiyada Gənclər Məsləhət Şurasının nümayəndəsi Zeına Elzaın onlayn çıxış edərək gənclərin yaratdığı hərəkatlar və bunların təhsilə, məşğulluğa necə təsir etdiyindən danışıb.

Memarlar ittifaqının katibi Şeyda Novruzzadə gənclərin memarlıq və incəsənət sahəsinə olan marağına toxunaraq bu sahədə onların bacarıqlarının artırılmasında bir neçə təkliflə çıxış edib.

Qeyd edək ki, panellər Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) gedən yol üzrə BMT-nin Məskunlaşma Proqramı və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə təşəbbüsü ilə həyata keçirilən Azərbaycan Şəhərsalma Kampaniyası (#AUC2026) çərçivəsində Gənclər və İdman Nazirliyi tərəfindən təşkil olunub.

Xankəndi şəhərində Azərbaycan Gənclərinin XI Forumu keçirilir.

"Report"un Xankəndiyə ezam edilmiş əməkdaşı xəbər verir ki, forumda gənclər və idman naziri Fərid Qayıbov, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin Xüsusi Nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin müavini İlqar İsbatov, WUF13-ün Milli koordinatorunun müavini Gülşən Rzayeva və BMT-nin Məskunlaşma Proqramının ölkə üzrə rəhbəri Anna Soave iştirak edirlər.

Daha sonra "Gələcəyin şəhərlərinin qurulması: milli inkişafda gənclərin məsuliyyəti" və "Şəhərlər imkanlar sistemi kimi: gənclər üçün təhsil, bacarıqlar və məşğulluq" mövzularında panel sessiyaların keçirilməsi nəzərdə tutulub.

Chosen
11
far.az

1Sources