EN

Kobaxidze: Orta Dəhliz qlobal ticarət üçün geosiyasi bölünmələri aradan qaldıran etibarlı marşrutdur

Gürcüstanın Baş naziri İrakli Kobaxidze 2026-cı il Dünya Hökumət Sammitində çıxışı zamanı bildirib ki, Orta Dəhliz müasir dünyada nadir rast gəlinən bir üstünlük təqdim edir – geosiyasi bölünmələri aşan, sabit və etibarlı tranzit marşrutu.

"Far.Az"un Gürcüstan bürosu xəbər verir ki, Baş nazirin sözlərinə görə, ənənəvi nəqliyyat marşrutlarının etibarlılığı azaldığı bir şəraitdə alternativ dəhlizlərin inkişafı zəruri xarakter alır.

O vurğulayıb ki, əsas məsələ qlobal transformasiyanın olub-olmaması deyil, bu dəyişikliklərə necə reaksiya verilməsidir.

Kobaxidze qeyd edib ki, geosiyasi şoklara davamlı, eyni zamanda, rifahı təmin edən açıq və dayanıqlı ticarət sisteminin qurulması bu gün əsas çağırışdır. Onun fikrincə, parçalanmış qlobal iqtisadiyyatda sabitlik strateji üstünlükdür və dünya daha az ticarətə deyil, daha davamlı və şaxələndirilmiş ticarətə ehtiyac duyur.

Baş nazirin sözlərinə görə, Şərqi Asiyanı Orta Asiya, Qafqaz və Türkiyə vasitəsilə Avropa ilə birləşdirən Orta Dəhliz artıq sadəcə alternativ deyil, qlobal ticarət üçün qaçılmaz şərt kimi çıxış edir. O əlavə edib ki, dünya tərəflər seçməyə deyil, etibarlı körpülərin qurulmasına ehtiyac duyur.

Chosen
12
far.az

1Sources