EN

Ağdamda sağlamlıq mərkəzinin tikintisi 1,3 milyon manata başa gələcək

BAKI, 3 fevral. TELEQRAF

Ağdamın Xıdırlı kəndində ailə sağlamlıq mərkəzinin (Həkim tibb məntəqəsi, Təhsil və səhiyyə işçilərinin müvəqqəti yaşayış üçün qonaq evi) tikintisinə 1,3 milyon manat vəsait ayrılıb.

Teleqraf xəbər verir ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti bu barədə açıq tender elan edib.

Müsabiqənin qalibi olacaq şirkətə tikinti işlərinin görülməsi üçün 1 milyon 392 min 66,64 manat ödəniş ediləcək.

Qeyd edək ki, təkliflərin son təqdim olunma və zərflərin açılış tarixi martın 3-nə təyin olunub.

Chosen
11
2
teleqraf.com

3Sources