EN

Qış Olimpiya Oyunlarında Rusiyanın müasir və tarixi bayraqları qadağan edildi

Bakı. Trend:

İtaliyada keçiriləcək Qış Olimpiya Oyunlarına idmançılarıneytral statusda çıxış edən ölkələrin, o cümlədən Rusiyanın müasirvə tarixi bayraqlarını, həmçinin həmin ölkələrlə əlaqələndiriləbilən digər əşyaların gətirilməsi qadağan edilib.

Trend Rusiya KİV-əistinadən xəbər verir ki, qadağa bütün olimpiya obyektlərindətətbiq olunacaq.

Rusiya və Belarus idmançıları Milan və Kortina-d’Ampezzodakeçiriləcək Olimpiya oyunlarında neytral statusda çıxış edəcəklər.Bayraqların gətirilməsinə qoyulan qadağa yarış meydançalarında,media mərkəzində və Olimpiya kəndində qüvvədə olacaq.

Qeyd edək ki, Qış Olimpiya Oyunları 6–22 fevral tarixlərindəkeçiriləcək. İtaliyada neytral statusa malik 13 rusiyalı atletinçıxış edəcəyi bildirilir.

Məqalədə:
Chosen
4
az.trend.az

1Sources