EN

Gəncədə məktəb və universitet yaxınlığında zibillik yaranıb - FOTO

Ekologiya.az məlumat verir ki, sözügedən sahə Azərbaycan Dövlət Aqrar Universitetinin arxasında, İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin isə birbaşa qarşısında yerləşir.
Redaksiyamıza daxil olan şikayətlərə əsasən, uzun müddətdir təmizlənməyən ərazi məişət tullantıları ilə dolub və faktiki olaraq zibilliyə çevrilib. Sakinlərin sözlərinə görə, yayılan kəskin üfunət iyi səbəbindən yaxınlıqdakı evlərdə pəncərə açmaq mümkün deyil. Xüsusilə isti havalarda vəziyyət daha da ağırlaşır.

Qeyd olunur ki, ərazi həm məktəb, həm də ali təhsil müəssisəsinin yaxınlığında yerləşdiyindən bu hal şagirdlər və tələbələr üçün ciddi sanitar təhlükə yaradır. Eyni zamanda gecə saatlarında ərazinin qaranlıq qalması əlavə narahatlıq doğurur.

Bildirək ki, ətraf mühitin mühafizəsinə nəzarət 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin üzərinə düşür. Bununla yanaşı Gəncə şəhər İH-nin Mənzil Kommunal Təsərrüfat Departamenti də bu məsuliyyətdən yayınmamalıdır. Amma əfsuslar olsun ki, iki mühüm dövlət qrumu göründüyü qədər tam işlək vəziyyətdə deyil. 


Yerli sakinlər aidiyyəti qurumlardan ərazidə təmizlik və abadlıq işlərinin aparılmasını, eləcə də məişət tullantılarının tam şəkildə yığışdırılmasını tələb edirirlər. İnanırıq ki, yaranmış problem tez zamanda öz həllini tapacaq.Gencexeber.az

Chosen
13
ekologiya.az

1Sources