EN

ABŞ-la birbaşa danışıqlar mümkündür

İranın ali dini liderinin müşaviri Əli Şamxani bildirib ki, dolayı əlaqələr vasitəsilə anlaşma əldə edildiyi təqdirdə, ABŞ-la birbaşa danışıqlar mümkün ola bilər.

Publika.az xəbər verir ki, Şamxani bu barədə Livanın “Əl Mayadeen” televiziya kanalına danışıb.

“Birbaşa danışıqlardan əvvəl dolayı danışıqlar aparılmalıdır. Qarşılıqlı anlaşma əldə olunarsa və bu, tez bir zamanda ortaya çıxarsa, birbaşa danışıqlara keçə bilərik”, - Şamxani bildirib.

Onun sözlərinə görə, danışıqlar yalnız nüvə məsələsini əhatə edəcək.

Şamxani həmçinin dialoq üçün iki əsas şərt irəli sürüb. Birincisi, danışıqlar təhdid atmosferi və ya təhdid vasitələrindən istifadə olunmadan aparılmalıdır. İkincisi, hər iki tərəf masada ədalətli şəkildə təmsil olunmalı və danışıqlar qarşılıqlı anlaşmadan sonra, əsassız tələblər olmadan başlamalıdır.

Chosen
34
publika.az

1Sources