EN

İranda Cənnətabad bazarı yanır

BAKI, 3 fevral. TELEQRAF

İranın paytaxtı Tehranda yerləşən məşhur Cənnətabad bazarında güclü yanğın baş verib.

Teleqraf xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.

Hadisə yerindən yayılan görüntülərdə alovun çox geniş bir ərazini əhatə etdiyi və göyə qara tüstü dumanlarının yüksəldiyi aydın görünür.

Hazırda hadisənin baş verdiyi əraziyə çox sayda yanğınsöndürən briqadası cəlb olunub.

Chosen
8
teleqraf.com

1Sources