EN

Tramp Putindən görün nə xahiş edib

ABŞ prezidenti Donald Tramp Oval Ofisdə keçirdiyi imza mərasimində İran məsələsi və Rusiya-Ukrayna danışıqları ilə bağlı son vəziyyəti dəyərləndirib.

Publika.az ABŞ mətbuatına istinadən xəbər verir ki, Tramp İrana doğru böyük gəmilərin göndərildiyini və İran rəsmiləri ilə danışıqların davam etdiyini bildirib.

"İranla razılığa gəlmək istərdim. Hazırda rəsmilərlə danışıqlar aparırıq. Razılığa gələ bilsək, bu, çox yaxşı olardı, bacarmasaq, yəqin ki, pis şeylər baş verəcək", - deyə ABŞ lideri vurğulayıb.

Tramp, həmçinin Rusiya-Ukrayna sülh danışıqları ilə bağlı nikbinliyini ifadə edərək, prosesin yaxşı irəlilədiyini bəyan edib: "Düşünürəm ki, Ukrayna və Rusiya ilə çox yaxşı münasibətlərimiz var. Bəlkə də tezliklə yaxşı xəbərlər alacağıq".

Chosen
8
publika.az

1Sources