EN

Lavrov: Rusiya ümid edir ki, İrəvan müttəfiqinə arxa çevirməyəcək

Rusiya ümid edir ki, Ermənistanın xarici siyasətinin şaxələndirilməsi anti-Rusiya bloklarının standartlarına doğru yenidən istiqamətlənmə demək deyil.

"Yeni Sabah" xəbər verir ki, bunu Rusiya XİN-in rəhbəri Sergey Lavrov bildirib.

O qeyd edib: "Ermənistan rəhbərliyinin xarici əlaqələrini şaxələndirmək siyasətinin ənənəvi müttəfiqlərlə əməkdaşlığı məhdudlaşdırmaq və ya ölkəmizə "strateji məğlubiyyət" vurmağa çalışan birlik və blokların standartlarına doğru yenidən istiqamətlənmək demək olmadığı fərziyyəsinə istinad edirik".

Nazirin sözlərinə görə, Moskva Aİ ilə yaxınlaşmaya dair qiymətləndirməsini açıq şəkildə erməni həmkarlarına çatdırır. "Rusiya əmindir ki, Ermənistan da daxil olmaqla, Cənubi Qafqaz ölkələri Brüssel və Vaşinqtonun guya yaxşı niyyətlərinin arxasında soyuq hesablamaların olduğunu başa düşürlər. Onlar üçün Rusiyanın tarixən və ayrılmaz şəkildə bağlı olduğu bu region, təzyiq göstərilərsə, Moskvaya zərər vermək üçün istifadə edilə biləcək potensial ağrı nöqtəsindən başqa bir şey deyil".

Lavrovun sözlərinə görə, öz növbəsində, Rusiyanın Ermənistanla münasibətləri onların müttəfiq statusunu təsbit edən möhkəm hüquqi çərçivəyə əsaslanır. Moskva dəfələrlə müxtəlif səviyyələrdə ikitərəfli əlaqələrini məhz bu mahiyyətə əsaslandırdığını vurğulayıb. 

O, Ermənistanın bütün hüquq və öhdəlikləri ilə KTMT-nin üzvü olaraq qaldığını vurğulayıb. Moskva İrəvanın təşkilatın işində tam iştirakını dəstəkləyir, çünki bu, ölkənin təhlükəsizliyinin ayrılmaz elementidir.

Sonda Lavrov qeyd edib ki, Rusiya hərbi bazası və sərhədçiləri Ermənistan və bütün Cənubi Qafqaz üçün təhlükəsizliyin əsas elementləridir".


Telegram kanalımız
Chosen
1
yenisabah.az

1Sources