Gürcüstanda orta məktəblərdə mobil telefonlar və planşetlərin istifadəsi qadağan ediləcək.
APA-nın yerli bürosu xəbər verir ki, qadağa həm dövlət, həm də özəl təhsil müəssisələrinə şamil olunacaq.
Gürcüstanın təhsil, elm və gənclər nazirinin müavini Tamar Maxaraşvili deyib ki, söhbət yalnız mobil telefonlar və planşetlərdən deyil, "ağıllı saat" və digər rabitə cihazlarından gedir.
Qadağa şagirdlərlə yanaşı müəllimlərə də aid ediləcək.
Qeyd edək ki, Gürcüstanda təhsil sahəsində islahatlara başlanılıb. İbtidai siniflərdə vahid məktəbli formasına keçid, yeni tədris proqramları və bütün dövlət məktəbləri üçün vahid dərsliklərin hazırlanması nəzərdə tutulub.