EN

Tanınmış aparıcının anası QAÇIRILDI

Ajans.az Reuters agentliyinə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları hadisəni ehtimal olunan adam oğurluğu kimi qiymətləndirir. Şerif Kris Nanos bildirib ki, yaşlı qadının evdən öz istəyi ilə çıxması ehtimalı istisna olunur.
“Hazırda yüz faiz əminik ki, o, evdən təkbaşına çıxa bilməzdi. Mən inanıram ki, o, qaçırılıb. O, nə təkbaşına, nə də öz istəyi ilə gedib”, – deyə şerif qeyd edib. Məlumata görə, Nensi Qutri sonuncu dəfə yanvarın 31-də, şənbə günü ailə üzvləri onu ziyarət edərkən görülüb. Onun itkin düşməsi barədə məlumat isə bazar günü daxil olub. Bildirilir ki, qadının hərəkətlilik problemləri var və köməksiz şəkildə evi tərk etməsi mümkün deyil.

Şerif əlavə edib ki, Nensi Qutri demensiya xəstəliyindən əziyyət çəkmir və baş verənlərin fərqindədir. Eyni zamanda, onun mütəmadi olaraq dərman qəbul etməli olduğu vurğulanıb.
“Onun ailəsinin ona ehtiyacı var”, – deyə Kris Nanos bildirib.

Chosen
39
1
Ajans.az

2Sources