Yazını böyüt
Yazını kiçilt
“Kəpəz” insident nəticəsində bıçaq xəsarəti alan futbolçusu Veysəl Rzayevin durumunu açıqlayıb. Klubdan bildirilib ki, yarımmüdafiəçi hazırda Gəncə şəhər 3 saylı xəstəxanada müalicə olunur.
Hafta.az xəbər verir ki, məlumatda futbolçuya cərrahi müdaxilə edildiyi, hazırda vəziyyətinin stabil olduğu bildirilib.
Qeyd edək ki, hadisə bu gün səhər saatlarında Gəncədə baş verib.