Bakı. Trend:
Türkiyənin xarici işlər naziri Hakan Fidan və Qazaxıstanınxarici işlər naziri Yermek Koşerbayev fevralın 2-də Ankaradakeçirilən Strateji Planlaşdırma üzrə Birgə Qrupun (JSPG) 8-ciiclasında Orta Dəhlizin inkişafı üzrə əməkdaşlığındərinləşdirilməsi barədə razılığa gəliblər.
Trend bu barədəTürkiyə Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.
Bildirilir ki, görüş zamanı tərəflər ticarət və investisiyalar,mədəniyyət və təhsil, enerji təhlükəsizliyi, regionaləlaqələndirmə, səhiyyə, ekologiya, terrorizmə qarşı mübarizə,müdafiə və müdafiə sənayesi daxil olmaqla geniş spektr üzrəTürkiyə-Qazaxıstan münasibətlərinin daha da möhkəmləndirilməsiyolları barədə fikir mübadiləsi aparıblar.
“Türkiyə ilə Qazaxıstan arasında diplomatik münasibətlərinqurulmasının 34-cü ildönümünü qeyd edərək və ortaq tarix, dil vəmədəniyyəti qardaşlıq əməkdaşlığının əsası kimi vurğulayaraq,xarici işlər nazirləri iki ölkə arasında genişləndirilmiş stratejitərəfdaşlığa uyğun olaraq çoxşaxəli əməkdaşlığın daha dadərinləşdirilməsinə sadiqliklərini təsdiqləyiblər.
Tərəflər möhkəm ikitərəfli əlaqələri və qarşılıqlı etimadı əksetdirən yüksək səviyyəli səfərlərin intensivliyindənməmnunluqlarını ifadə ediblər. Onlar bu cür təmasların müxtəlifsahələrdə əməkdaşlığın dərinləşməsinə töhfə verdiyini vurğulayaraq,bu dinamikanın qoruyub saxlamaq niyyətlərini təsdiqləyiblər”, –deyə nazirliyin məlumatında bildiririlir.
Məlumata görə, tərəflər iqtisadi əməkdaşlığın prioritetistiqamətlərini, o cümlədən ticarət və investisiyalarınsadələşdirilməsi və şaxələndirilməsi, texnologiya transferinintəşviqi və kənd təsərrüfatında birgə investisiyalar, ekologiya,səhiyyə, elm və texnologiyalar sahələrində, xüsusiləkibertəhlükəsizlik, süni intellekt, rəqəmsallaşma və kosmosistiqamətlərində əməkdaşlığın genişləndirilməsini müzakirəediblər.
Qeyd olunur ki, energetika sahəsində, enerji resursları iləticarət və birgə layihələrin icrası istiqamətində əməkdaşlığınəhəmiyyəti də vurğulanıb. Buraya dəyər zənciri boyunca neft-qazinfrastrukturu, təmiz enerji istehsalı, elektrik enerjisininötürülməsi, eləcə də faydalı qazıntıların, xüsusilə zərurimineralların və nadir torpaq elementlərinin kəşfiyyatı, hasilatı vəemalı üzrə birgə təşəbbüslər daxildir.
“Transxəzər Şərq–Qərb Orta Dəhlizinin Mərkəzi Asiya ölkələriniTürkiyə vasitəsilə xarici bazarlarla birləşdirən dayanıqlı vəetibarlı nəqliyyat-enerji marşrutu kimi əhəmiyyətini qəbul edərək,nazirlər regional əlaqələndirmənin inkişafı üzrə əməkdaşlığın həmikitərəfli formatda, həm də Türkiyə, Qazaxıstan və Azərbaycanxarici işlər və nəqliyyat nazirlərinin üçtərəfli mexanizmiçərçivəsində, eləcə də regional və beynəlxalq platformalarda, ilknövbədə Türk Dövlətləri Təşkilatında (TDT) dərinləşdirilməsinəsadiqliklərini təsdiqləyiblər.
Qazaxıstanın Türkiyənin Mərkəzi Asiyada ən böyük ticarəttərəfdaşı olaraq qaldığını vurğulayan nazirlər 25 aprel 2024-cü iltarixində Ankarada keçirilmiş Birgə İqtisadi Komissiyanın 13-cüiclasının Fəaliyyət Planının icrasında əldə olunan irəliləyişi qeydediblər.”
Türkiyə Xarici İşlər Nazirliyinin məlumatına görə, tərəflər sülhvə təhlükəsizliyə qarşı yeni təhdidlərə, o cümlədən terrorizminbütün formalarına, transmilli mütəşəkkil cinayətkarlığa və digərçağırışlara qarşı mübarizə məqsədilə əlaqələndirilmiş fəaliyyətbarədə razılığa gəliblər.
Qeyd olunur ki, onlar həmçinin müdafiə sahəsində sıxəməkdaşlığa, hərbi-texniki qarşılıqlı fəaliyyətə və müvafiqqurumlar arasında müntəzəm hərbi dialoq görüşlərinə görəməmnunluqlarını ifadə edərək, birgə müəssisələr vasitəsiləQazaxıstanın müdafiə sənayesinin modernləşdirilməsinin vacibliyinitəsdiqləyiblər.
“Xarici işlər nazirləri vurğulayıblar ki, xalqlar arasındatəmaslar ikitərəfli münasibətlərin möhkəm əsaslarından biridir. Bucür qarşılıqlı fəaliyyətə nümunə kimi Türkistan şəhərində yerləşənƏhməd Yasəvi adına Beynəlxalq Qazax–Türk Universiteti, AstanadakıYunus Əmrə adına Türk Mədəniyyət Mərkəzi və qazaxıstanlı tələbələrüçün nəzərdə tutulan “Türkiye Scholarships” təqaüd proqramıgöstərilib.
Nazirlər Astanada və Almatıda “Maarif” fondunun məktəblərininyaradılması istiqamətində əldə olunan irəliləyişi alqışlayaraq,təhsil və mədəniyyət tərəfdaşlıqlarına dəstəyin davam etdirilməsibarədə razılığa gəliblər.
Tərəflər təhsil və elm sahəsində, xüsusilə ali və orta ixtisastəhsili müəssisələri arasında əməkdaşlığı, o cümlədən tədqiqatçı vəmütəxəssislərin mübadiləsini təşviq ediblər.
TİKA və KazAID ilə əməkdaşlıq çərçivəsində tərəflər MərkəziAsiyada dayanıqlı inkişafın təşviqini və üçüncü ölkələrə birgəyardım layihələrinin həyata keçirilməsini dəstəklədiklərinibildiriblər”, – deyə məlumatda deyilir.
Vurğulanır ki, Türkiyənin xarici işlər naziri 6 fevral 2023-cüil tarixində baş vermiş dağıdıcı zəlzələlərdən sonra göstərdiyihəmrəyliyə və qardaşlıq dəstəyinin rəmzi olaraq Qaziantepin Nurdağırayonunda məktəb inşa etdiyinə görə qardaş Qazaxıstanaminnətdarlığını ifadə edib.
“Tərəflər səhiyyə sahəsində sıx və konstruktiv əməkdaşlığıalqışlayaraq, institusional qarşılıqlı fəaliyyət, potensialınartırılması və təcrübə mübadiləsi hesabına bu əməkdaşlığındərinləşdirilməsi niyyətlərini bildiriblər.
Nazirlər qlobal sabitliyin və tolerantlığınmöhkəmləndirilməsində Dünya və Ənənəvi Din Liderləri Qurultayınınfəaliyyətini yüksək qiymətləndiriblər.
Türk Dövlətləri Təşkilatının təsisçi dövlətləri olan Türkiyə vəQazaxıstan TDT-nin və digər türk strukturlarının gücləndirilməsiməqsədilə əməkdaşlığın genişləndirilməsinə qətiyyətlərinitəsdiqləyiblər.
Tərəflər həmçinin “Türk dünyası – 2040 Baxışı”nınn həyatakeçirilməsi üzrə birgə səylərin aktivləşdirilməsi niyyətini birdaha bəyan ediblər.
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrəMüşavirənin (CICA) təsisçi dövlətləri kimi tərəflər CICA-nın Asiyakimliyini qorumaqla tamhüquqlu beynəlxalq təşkilata çevrilməsinidəstəklədiklərini bildiriblər”, – deyə nazirlik əlavə edib.
Qeyd olunur ki, tərəflər BMT, ATƏT, İƏT kimi beynəlxalqplatformalarda qarşılıqlı fəaliyyətin dərinləşdirilməsininvacibliyini vurğulayaraq, beynəlxalq təşkilatlarda bir-birlərininnamizədliklərini dəstəkləmək barədə razılığa gəliblər.
“Xarici işlər nazirləri Əfqanıstan, Qəzza, Ukrayna və Suriya dadaxil olmaqla cari regional və beynəlxalq hadisələri müzakirəediblər.
Onlar Qəzzada müharibənin dayandırılması üzrə Kompleks SülhPlanının ikinci mərhələsinin başlanmasını alqışlayaraq, BMTTəhlükəsizlik Şurasının 2803 saylı qətnaməsi ilə təsdiqlənmiş SülhŞurasının yaradılmasının daimi atəşkəsə nail olunmasına, Qəzzanınbərpasına və iki dövlətli həllin irəlilədilməsinə yeni təkanverdiyini vurğulayıblar.
Nazirlər Kipr məsələsinin danışıqlar yolu ilə, qarşılıqlı məqbulvə davamlı şəkildə nizamlanmasının vacibliyini qeyd edərək, türkkiprlilərin türk dünyasının ayrılmaz hissəsi kimi bərabərhüquqlarını reallaşdırmaq istəklərini tanıdıqlarını bildiriblər”, –deyə Türkiyə XİN-in məlumatında bildirilib.
Qeyd edək ki, Orta Dəhliz regionun bir sıra ölkələrindən keçən,Asiya ilə Avropanı birləşdirən nəqliyyat və ticarət marşrutudur.Bu, ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativdir.
Marşrut Çindən başlayır və Qazaxıstan, Özbəkistan vəTürkmənistan kimi Mərkəzi Asiya ölkələrindən keçərək, Xəzər dənizi,Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək Avropaya çatır. OrtaDəhliz Asiyanın şərq bölgələrini, o cümlədən, Çini Avropa iləbirləşdirən, daha uzun dəniz yollarından yan keçməklə quru yolutəklif edir.