EN

"iPhone 20"nin təfərrüatları açıqlanıb

"Apple"ın 2027-ci ildə satışa çıxarılması planlaşdırılan smartfonu yeni dizayn və şüşə korpusa malik olacaq.

Missiya.Az "Lenta"ya istinadən xəbər verir ki, bu barədə CNet məlumat yayıb.

Mütəxəssislər hesab edirlər ki, "Apple" əsasən şüşədən hazırlanmış korpusa malik cihazı yenidən dizayn edəcək. Telefonda həmçinin fiziki düymələr olmayacaq.

Smartfonun sələflərindən daha nazik və daha parlaq OLED panelə sahib olacağı gözlənilir. Face ID biometrik sensoru, çox güman ki, birbaşa ekranın altında yerləşdiriləcək. Yeni iPhone 20, 2 nanometrlik proses və yüksək sürətli Mobil Yüksək Bant Genişliyi Yaddaş (RAM) istifadə edərək qurulmuş prosessorla təchiz olunacaq. Sızdırılan məlumatlar cihazın innovativ yüksək tutumlu silikon-karbon batareyasına sahib olan ilk cihaz ola biləcəyini göstərir.

Məqalədə iddia olunur ki, "Apple"ın yubiley smartfonu 200 meqapiksellik kamera sensoruna malik ola bilər. iPhone 20-nin qiyməti açıqlanmayıb, lakin ehtimallar iPhone 17 Pro Max-dan çox daha olacağı yönündədir.

İlahə Qənbərli

Missiya.Az

Chosen
29
missiya.az

1Sources