EN

İran proqramını dayandırmağa hazırdır - KİV

"İran ABŞ ilə razılığa gəlmək və regiondakı gərginliyi azaltmaq üçün nüvə proqramını məhdudlaşdırmağa və ya dayandırmağa hazırdır".

Bakıvaxtı.az xəbər verir ki, bu məlumatı "The New York Times" nəşri adı açıqlanmayan rəsmi mənbələrə istinadən yayıb.

Qəzeti məlumatlandıran iki mənbə bildirib ki, Tehran nüvə proqramını dayandırmağa hazırdır:

"Bu, danışıqlar prosesində böyük güzəşt olardı. Lakin ABŞ-nin iştirakı ilə regional nüvə enerjisi konsorsiumunun yaradılması variantına da üstünlük verilə bilər".

Qeyd olunur ki, fevralın 6-da İstanbulda nüvə sazişi ilə bağlı danışıqlarda iştirak etməsi planlaşdırılan İranın xarici işlər naziri Abbas Əraqçı və ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff şəxsi yazışmalar vasitəsilə əlaqə saxlayırlar.

Qəzet bildirir ki, ABŞ prezidentinin kürəkəni Cared Kuşner, habelə Türkiyə, Qətər və Misirdən yüksəkvəzifəli şəxslər də Türkiyədəki görüşdə iştirak edəcəklər.

Chosen
5
bakivaxti.az

1Sources