İsrailin Ben-Qurion hava limanından Bakıya həftəlik reyslər sayının 14-dən 28-ə çatdırılması planlaşdırılır.
"The Jerusalem Post" xəbər verir ki, bunu Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmit bildirib.
O qeyd edib ki, bu, israilli turistlərin Azərbaycana marağının kəskin artımı fonunda baş verəcək.
F.Zenqstşmitin sözlərinə görə, 2025-ci ildə Azərbaycana səfər edən israilli turistlərin sayı 2024-cü illə müqayisədə 139 % artıb.
Nəşr öz növbəsində qeyd edib ki, ötən il onlar Azərbaycana səfərlərə təxminən 184 milyon şekel (59 milyon ABŞ dolları) xərcləyiblər ki, bu da əvvəlki illə müqayisədə 81 % çoxdur. Bu, Azərbaycanın bütün xarici qonaqları arasında turizm xərclərinin ən yüksək artımıdır.
İsraillilər 2025-ci ildə Bakıya gələn xarici turistlər arasında ilk 10-luğa daxil olub.
"Bakı mədəni irs və müasir infrastrukturun birləşməsi, həmçinin Xəzər dənizi sahilində yerləşməsi sayəsində əsas cəlbedici mərkəz olaraq qalır. Azərbaycanın 2022-ci ildə Təl-Əvivdə ilk turizm ofisini açmasından sonra turizmin inkişaf tempi kəskin artıb", - "The Jerusalem Post" vurğulayıb.
report